Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Roma Papası müsəlmanlar üçün 100 000 avrodan keçdi

Roma Papası Hələb şəhərindən olan kasıblara 100 000 avro ayrılması barədə qərar verib.

Roma Papası Fransisk Roma yaxınlığında yerləşən Ariçça şəhərciyində Suriyaya həsr olunmuş xüsusi messa keçirib.

“Din.az” Trend-ə istinadən xəbər verir ki, bu barədə Müqəddəs Taxt-tacın mətbuat xidməti rəhbərinin müavini Qarsiya Oveyero məlumat verib.

Vatikanın rəsmi nümayəndəsinin sözlərinə görə, həmin messa zamanı Roma Papası Hələb şəhərindən olan kasıblara yardım üçün 100 min avro ayrılması barədə qərar verib.

Oveyero qeyd edib ki, həmin vəsait Müqəddəs Taxt-tac adından ianə paylanması ilə məşğul olan xüsusi idarə tərəfindən ünvana çatdırılacaq.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...