Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Roma Papası ömürlük həbs cəzasına qarşı çıxdı

“İnsanları ümid hüququndan məhrum etmək olmaz”.

Roma Papası Fransisk məhbuslar üçün ömürlük həbs cəzasına qarşı çıxıb.

Din.az bildirir ki, bu barədə Roma Katolik Kilsəsinin rəhbəri Penitensiar polisin nümayəndələri ilə görüşdə bildirib.

Onun sözlərinə görə, ömürlük həbs yeni bir başlanğıc üçün ümidin məhdudlaşdırılmasıdır, insanları isə ümid hüququndan məhrum etmək olmaz.

“Hər bir cəmiyyət ümidi dəstəkləməlidir və elə etməlidir ki, cəza ümid və yeni barışıq cəhdi hüquqlarına xələl gətirməsin”, – deyə pontifik qeyd edib.

Keşiş həmçinin əlavə edib ki, dolu həbsxanalar son zamanlar düzəliş yeri deyil, qəzəb mənbəyi olur. / Oxu.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...