Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Roma Papası Prezident İlham Əliyevi təbrik edib

“Sizə və həmvətənlərinizə səmimi təbriklərimi çatdırmaq mənim üçün yaranmış xoş fürsətdir.”

Roma Papası Fransisk Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrik mətnində deyilir:

“Zati-aliləri.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və həmvətənlərinizə səmimi təbriklərimi çatdırmaq mənim üçün yaranmış xoş fürsətdir. Ulu Tanrıdan diləyim odur ki, həmrəylik və ədalət naminə apardığımız ümumi işlərimizdə qoy bizə dəstək olsun, ölkənizin vətəndaşları ailə səadətinə və sosial rifaha qovuşsun, gəncləriniz gələcəyə ümidlə yaşasınlar.

Zati-alinizə, hökumətinizin üzvlərinə, o cümlədən bütün Azərbaycan xalqına Ulu Tanrının xeyir-duasını diləyirəm”. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...