Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Roma Papası prezident və nümayəndələrin ayağından öpdü – Video

82 yaşlı Papa sülh naminə qonaqların ayağından öpdü.

Bu günlərdə Cənubi Sudan prezidenti Salva Kiir Mayardit nümayəndə heyətində yer alan müxalifət liderləri ilə Vatikana səfər edib.

Din.az xəbər verir ki, Roma Papası Fransisk görüş zamanı Cənubi Sudan liderindən Sudanda baş verən siyasi problemlərin həlli ilə bağlı kömək etmələrini istəyib.

82 yaşlı Papa qonaqların ayağından öpərək Sudanda sülhün davam etməsi üçün dəstək göstərmələrini xahiş edib.

Fransisk ölkədə yenidən vətəndaş müharibəsinin baş verməməsi üçün təcili olaraq hərəkətə keçmələrinin vacib olduğunu bildirib.

Qeyd edək ki, bu gün Sudanda hərbi çevriliş edilib. Prezident Ömər əl-Bəşiri istefa vermək məcburiyyətində qalıb. Hakimiyyəti müdafiə naziri Əvad bin Auf ələ keçirib. / Qafqazinfo.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...