Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

ROMA PAPASI QAÇQIN DÜŞƏRGƏLƏRİNİ HƏBSXANALARA BƏNZƏTDİ

“Beynəlxalq sazişlər insan haqlarından daha vacib hesab olunur”

Roma papası Fransisk Romanın müqəddəs Varfolomey bazilikasında şənbə ibadəti zamanı İtaliya və Yunanıstandakı Yaxın Şərq və Afrikadan olan qaçqınlar üçün nəzərdə tutulmuş mərkəzləri həbs düşərgələri ilə müqayisə edib.

“Din.az” “A24.az”a istinadən xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

“Qaçqınlar üçün nəzərdə tutulmuş bu düşərgələrdən bir çoxları insanlarla doldurulmuş həbs düşərgələridirlər. Çünki beynəlxalq sazişlər insan haqlarından daha vacib hesab olunur”, – deyə pontifik bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...