Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

ROMA PAPASI Qüdsə görə ABŞ-a qarşı çıxdı

“Qüdsün paytaxt kimi tanınması yeni gərginliyin yaranmasına səbəb ola bilər”.

Katolik dünyasının ruhani lideri Papa Fransis ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanıyacağı barədə açıqlamasından narahatlığını dilə gətirib.
Din.az bildirir ki, I Fransisk İsrail və ABŞ-a çağırış edərək bölgədə sabitliyi pozmamağa dəvət edib.

O deyib ki, Qüdsün paytaxt kimi tanınması və ABŞ səfirliyinin oraya köçürülməsi regionda yeni gərginliyin yaranmasına səbəb ola bilər.

Qeyd edək ki, Trampın Qüdslə bağlı açıqlamasının dekabrın 6-da olacağı bildirilib. / Qafqazinfo.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...