Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Roma Papası rahiblərin evlənməsinə qadağanı saxladı

Papa rahiblərin nikaha girməməsinin tərəfdarıdır.

Roma Papası Fransisk rahiblərin nikaha girməməsi haqqında Roma Katolik Kilsəsinin qaydalarının dəyişilməsi məsələsinə yekun nöqtəni qoyub.

Din.az xəbər verir ki, Papa rahiblərin nikaha girməməsinin tərəfdarı olduğunu bəyan edib.

“Məncə, nikaha girməmək kilsənin hədiyyəsidir. Mən subaylıq məsələsində könüllülüyə izn verilməsini istəyənlərlə razı deyiləm”, – deyə o bildirib.

Qeyd edək ki, katolik kilsəsində uzun müddətdir rahiblərin evlənməsi tərəfdarları ilə əleyhdarları arasında mübahisə gedir. Bu ideyanın tərəfdarları düşünürlər ki, rahiblər evlənərək müqəddəs ordenlərə daha çox kişi cəlb edə bilərlər. Bunun əleyhdarları isə keşişlərin subaylıq sayəsində özlərini tam olaraq kilsəyə həsr edə biləcəklərini düşünürlər.

Rahiblər üçün nikah XII əsrdə qadağan edilib. Rahiblərə evlilik qadağası qeyri-rəsmi doktrina sayıldığına görə onun dəyişmə ehtimalları da mövcuddur. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...