Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Roma Papası Rusiya xalqına başsağlığı verdi

Roma papası yanğında həlak olanlar üçün dua edəcəyini bildirib.

Roma Papası I Fransisk Kemerovo şəhərində baş vermiş yanğınla əlaqədar Rusiya xalqına başsağlığı verib.

Din.az Trend-ə istinadən bildirir ki, bu barədə Vatikan katolik kilsəsinin hadisə qurbanlarına və onların yaxınlarına ünvanlanmış məktubunda deyilir.

Roma papası yanğında həlak olanlar üçün, xüsusilə də uşaqlar üçün dua edəcəyini bildirib.
Xatırladaq ki, martın 25-də Kemerovoda “Zimnyaya vişnya” ticarət mərkəzində baş verən yanğın nəticəsində 67 nəfər həlak olub. Onlardan 41 nəfəri uşaq olub.

Regionda hadisə ilə bağlı martın 29-na kimi matəm elan olunub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...