Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Roma papası Suriyada baş verənlərlə bağlı narahatçılığını bildirib

“Dünyada hazırkı mövcud vəziyyət məni dərindən narahat edir”.

Roma papası Fransisk Suriyada baş verən hadisələrlə bağlı narahatçılığını ifadə edib.

Din.az xəbər verir ki, bu barədə “Vatican News” nəşri məlumat yayıb.

“Dünyada hazırkı mövcud vəziyyət məni dərindən narahat edir, beynəlxalq ictimaiyyətin əlində alətlərin olmasına baxmayaraq, Suriya və dünyanın digər bölgələrində sülh naminə ümumi fəaliyyəti razılaşdırmaqda çətinliklər var”, – deyə o bildirib.

Bununla yanaşı pontifik dünya liderlərini Yer kürəsində və regionda sülhün üstünlüyünü təmin etməyə çağırıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...