Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Roma Papası Vatikanın gizli arxivlərini açmağa söz verib

Papa XII Piyin dövründən etibarən Vatikanın gizli arxivləri açıla bilər.

Roma Papası Fransisk Papa XII Piyin dövründən etibarən Vatikanın gizli arxivlərini açacağını bildirib.

Din.az bildirir ki, bu barədə “Report” “Reuters”ə istinadən xəbər verir.

Qeyd olunur ki, yəhudilərin çoxu Papa XII Piyin Holokosta göz yumduğunu iddia edir, buna görə də Papa Fransisk Vatikanın gizli məlumatlarını açıqlamağa qərar verib.

Papa Fransiskin sözlərinə görə, arxivlər 2020-ci il martın 2-də açılacaq.

XII Piy 1939-cu ildən 1958-ci ilə qədər Papa olub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...