Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Roma Papası zirehli avtomobilindən imtina etdi

“Ola bilər ki, mən məsuliyyətsizəm, riskləri nəzərə almıram”.

“Ola bilər ki, mən məsuliyyətsizəm, riskləri nəzərə almıram”.

Roma papası Fransisk zirehli avtomobilə əyləşməkdən imtina edib. Papa onu gözləyən təhlükədən xəbərdar olsa da, zirehli avtomobildən imtina edib.

“Din.az” “A24.az”a istinadən xəbər verir ki, onun bütün sələfləri gülləkeçirməyən papamobildən və ya limuzindən istifadə edib. Halbuki, Papa öz xarici səfərlərində adi avtomobildən istifadə edir.

pope-francis-pope-mobile

“Ola bilər ki, mən məsuliyyətsizəm, riskləri nəzərə almıram. Özümə görə qətiyyən qorxmuram. Amma deməliyəm ki, mənimlə səfər edən insanlara görə narahat oluram”, – italyan jurnalist və Vatikan üzrə mütəxəssis Andrea Torniellinin “Səfərlər” kitabında Papanın bu sözləri qeyd olunub.

56ce87e6a7995627887c4a96c9afe3a1

Kitabda Papanın 2013-cü ildən bu günə qədər etdiyi səfərlər qeyd olunub. Yeni ildə Papanın Portuqaliyaya, Hindistana və Banqladeşə səfərləri gözlənilir.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...