Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Roma Papasından çağırış: Valideynlərinizə hörmət edin

“Gənclər həm öz, həm də başqalarının valideynlərinə hörmət etməlidirlər”.

Roma Papası I Fransisk katolik gəncləri valideynlərə hörmət etməyə çağırıb.

Din.az xəbər verir ki, Papa Vatikanda ənənəvi çıxışı zamanı bu çağırışı edib.

O, gəncləri həm öz, həm də başqalarının valideynlərinə hörmət etməyin vacib olduğunu deyib:

“Əgər sən valideynlərindən uzaqlaşmısansa, onların yanına qayıtmağa cəhd et: Ola bilər ki, onlar qocalıb. Unutma ki, onlar sənə həyatı bəxş edib!”

Roma Papası valideynlərin yanında təhqiredici ifadələr, xoşagəlməz sözlər işlətməməyi də tapşırıb.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...