Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Roma Papasından daha bir ağlasığmaz açıqlama: “Cəhənnəm yoxdur…”

“Tövbə edənlər Tanrı tərəfindən bağışlanır”.

Katoliklərin dini lideri, Roma Papası Fransiskin İtaliyanın “Respublika” qəzetində dərc olunan açıqlaması, sözün əsl mənasında, skandal yaradıb. Qəzet iddia edir ki, Roma Papası jurnalistə verdiyi açıqlamada “Cəhənnəm yoxdur” ifadəsini işlədib.

Din.az Moderator.az-a istinadən bildirir ki, qəzetin bu iddiası geniş əks-səda doğurub. Vatikan bununla bağlı mətbuata açıqlama verib: “Jurnalist Eugenio Scalfari Papadan ayrıca müsahibə almayıb. Onlar sadəcə söhbət ediblər. Həmin məqalədə dırnaq içində verilən ifadələr Papanın dediklərinin eynisi kimi qəbul edilə bilməz”.

“Tövbə edənlər Tanrı tərəfindən bağışlanır. Tövbə etməyənlər və ona görə bağışlanmayanlar isə yox olur. Cəhənnəm yoxdur, günahkar ruhların yox olması vardır”.

Qeyd edək ki, Papanın bu sözləri bütün dünyada əks-səda doğurub, mübahisə yaradıb. (Cahanpress)

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...