Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Roma Papasından İLK: 81 yaşını görün, kimlərlə qeyd etdi – FOTOLAR

81-ci doğum gününü uşaqlarla qeyd etmək qərarına gəldi.

Bu gün Roma Papası Fransiskin 81 yaşı tamam olub.

Din.az xəbər verir ki, Papa Pietro meydanında uşaqlarla birlikdə şam üfürüb.

İndiyə qədər doğum günlərində təmtəraqlı təbriklərdən qaçan Papa Fransisk 81-ci doğum günündə dəyişiklik edərək uşaqlarla qeyd etməyə qərar verib.

Bu ilki doğum günündə Papa San Pietro meydanında böyük kütlə qarşısında ad gününü qeyd edib. Onlarla uşaq İsanın uşaqlıq heykəlini əllərində tutaraq Papanın onlara xeyir-dua verməsini gözləyib.

Bundan başqa qadın və uşaq xəstəxanasını ziyarət edən Papa, burda da ad gününü uşaqlarla birlikdə qeyd edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...