Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Roma Papasından şəxsi həyat barədə qeyri-adi bəyanat

Papa: “Saxta seksuallıq, deqradasiyaya aparıb çıxarır”.

Katolik kilsəsinin başçısı hesab edir ki, kişi və qadın arasında yaşanan sevgi həyatın əbədiliyinə yol açır.

Roma Papası Fransisk Fransadan olan gənc xristianlarla görüşdə sekslə bağlı qeyri-adi bəyanat verib.

Din.az bildirir ki, bu barədə Russia Today xəbər yayıb.

Papa öz çıxışında qeyd edib ki, seksuallıq və seks Allah vergisidir. Bu barədə hələ Bibliyanın özündə də yazılıb. Onun sözlərinə görə, Allah qadın və kişini ona görə yaradıb ki, onlar bir-birilərini sevsinlər və insan nəslini davam etdirsinlər.

“Kişi və qadın arasında əsl sevgi ehtiraslı olanda həyatın əbədiliyinə yol açır. Hələ İsa peyğəmbər demişdi: qadın və kişi məhəbbət naminə öz ailələrini tərk edəcək, birləşəcək və “bir insan, vahid şəxsiyyət və bədənə çevriləcəklər” — deyə Roma Papası bildirib.

O həmçinin qeyd edib ki, “məhəbbətdən ayrılmış” saxta seksuallıq günahdır və yalnız əyləncə xatirinə istifadə edilir. Roma Papası buna misal olaraq pornoqrafiya sənayesini göstərib.

“Saxta seksuallıq, deqradasiyaya aparıb çıxarır” — Papa deyib.

Xatırladaq ki, 2016-cı ildə Roma Papasının LGBT nümayəndələri barədə səsləndirdiyi fikirlər hər kəsi şoka salmışdı. O, demişdi ki, xristianlar və Roma katolik kilsəsi LGBT nümayəndələrindən üzr istəməlidir. / Sputnik.az

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...