Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Roma Papasını aparan avtomobilin təkəri deşildi

Roma Papası I Fransisk çətin vəziyyətə düşdü.

Roma Papası I Fransiskin Cənub Amerika səfəri davam edir.

Din.az Trend-ə istinadən bildirir ki, ötən gün Papanın Peruya səfəri başlayıb.

Saraya 3-4 kilometrlik məsafədə Fransiski aparan avtomobilin təkəri deşilib. Papanın Prezident sarayına çatdırılması üçün onun avtomobili qısa müddət ərzində dəyişdirilib.

Roma papası Limada görüşlər keçirdikdən sonra Truxilyo şəhərinə gedib. O, burada ötən il sürüşmə və daşqınlardan əziyyət çəkmiş hindu sakinlərlə görüşəcək.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...