Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

Bütün xəbərlər »
Qaynar Xəbərlər
benedetto-xvi-rinuncia

Roma Papasını Türkiyə hassasiyyəti – FOTO

Share Button

“Ərdoğan ilk başda ziyarət etməyimi istəmədi…”

XVI Papa Benedetto, vəzifəsi müddətində yaşadığı təcrübələri şərh etdiyi bir kitabda ən həssas ziyarətinin Türkiyə olduğunu bildirib.

“Din.az” “a24.az” xəbər verir ki, 2013-cü ilin fevral ayında istefa edərək başda katoliklər olmaqla bütün dünyada şokedici təəssürat yaradan keçmiş Roma papasının söylədikləri diqqət çəkib.

“Ərdoğan ilk başda ziyarət etməyimi istəmədi…”

Ratzinger, 2006-cı ilin sentyabr ayında Almaniyadakı Regensburg Universitetinə verdiyi açıqlamada İslamla bağlı söylədiklərinin müsəlmanlar arasında sərt qarşılanmasından sonra 2006-cı ilin noyabrında Türkiyəyə etdiyi səfərin ən “həssas” ziyarət olduğunu söyləyib.

“İki tərəfin də ürəklərini açmasına təşəkkür edirəm…”

Peter Seevaldın “Ən həssas səyahətiniz hansı idi?” sualına Ratzinger belə cavab verib: “Böyük ehtimal ki, Türkiyəyə etdiyim səyahətdir. Regensburgun açıqlamasının yaratdığı toz buludu hələ də dinməmişdi. Buna görə də Ərdoğan ilk başdan məni qəbul etmək istəmirdi. Fəqət yavaş-yavaş atmosfer isinməyə başladı və nəticədə bir-birimizi anladıq. Amma ilk başda həssas bir an idi, hər iki tərəfin də ürəklərini açdığı üçün Tanrıya təşəkkür edirəm”.

d_1970_1

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top