Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Roma Papasının Bakıya gələcəyi gün bəlli oldu

Bu barədə Roma-Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete bildirib.

Vatikanın Cənubi Qafqaz üzrə elçisi, nunsi Marek Solçinskinin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 15-17-də Bakıda səfərdə olub.

“Din.az” “report”a istinadən xəbər verir ki, bu barədə Roma-Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete bildirib.

Onun sözlərinə görə, Vatikan nümayəndə heyəti Bakıda Roma Papasının bu ilin oktyabrında Azərbaycana planlaşdırılan səfərin proqramını və gündəliyini müzakirə edib: “Səfər çərçivəsində nümayəndə heyəti bir sıra görüşlər keçirib. Belə görüşlərdən biri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri Allahşükür Paşazadə ilə baş tutub. Görüşlərdə Roma Papasının Azərbaycana səfəri ilə bağlı məsələlər müzakirə edilib”.

Görüşlərdə səfərin tarixi müəyyənləşdirilib. Səfər oktyabrın 2-də baş tutacaq.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...