Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Roma papasının Houkinqə ETİRAZI: “Bu, axı Tanrının işidir” – TARİX

“Papa deyib ki, ondan əvvəli Tanrının işidir.”

Martın 14-də məşhur fizik Stiven Houkinq 76 yaşında vəft etdi. Çoxları onu bir nəzəriyyəçi-fizik kimi tanısa da bəlkə də yalnız yaxınları onun həyatının necə çətinliklər içərisində keçdiyini deyə bilər. Həyatının böyük bir hissəsini əlil arabasında keçirən bu insan özünü elmə fəda edib. O, həyata sevgisi ilə bütün dünyada heyrət doğurub. Əlil arabasında olduğu dövrdə belə özü və digərləri ilə zarafatlaraedən bu insanın həyatı macəralar ilə doludur.

“Roma papası mənə, Böyük Partlayış nəzəriyyəsi ilə bağlı söylədi. Dedi ki, çox dərinə getməyim. “Axı, bu Tanrı işidir, yaradılışdır” dedi”.

Houkinqin sözlərinə görə bunu 1981-ci ildə papa II İohan Pavel deyib. Onunla qısa söhbəti zamanı papa bunu ona görə deyib ki, kosmoloqların hər şeyin nədən başladığını bu cür əzmlə araşdırmağa çalışmaları onun xoşuna gəlməyib. Və o, onların yaradılışdan sonranı izah etməyə çalışmalı olduqlarını düşünüb. Yəni papa deyib ki, ondan əvvəli Tanrının işidir.

Həyatının 50 ilindən çoxunu əlil arabasında keçirən alim çox şən və aktiv həyat tərzi keçirib. Belə ki, onun bu müddət ərzində 2 ailəsi olub. Birinci arvadından 2 oğlan və bir qızı olub. Övladları böyüdükdən sonra atalarını hər işdə dəstəkləyiblər.

Bu insan elmdə bir çox yeniliklərə imzasını atıb. Bununla dayanmayaraq tarixə öz adını da yazdırıb. Belə ki, qara dəliklərin öz adının verildiyi “Houkinq şüalanması”nın hesabına buxarlandığını irəli sürüb.

Onun əsas tədqiqat istiqamətləri kvant qravitasiyası və kosmologiya olub.

Həyatının böyük bir hissəsini qara dəliklərin öyrənilməsinə həsr edən alim Böyük Partlayış nəzəriyyəsi əsasında daha kiçik, mikroskopik qara dəliklərin ola biləcəyini irəli sürür. Bu növ qara dəliklər kütlələrinə görə böyük, ölçülərinə görə isə yalnız bir protonun ölçüsündə ola bilərdi.

Alim eyni zamanda termodinamikanın qanunlarını qara dəliklərin izahında da istifadə edərək bir yeniliyə də imza atıb.

Bundan əlavə Houkinq Ceyms Hartli ilə birgə kvant mexanizmi nəzəriyyəsindən istifadə edib. Onlar dünyanın sərhədlərinin olmadığı qənaətinə gəliblər.

Houkinq həyatı boyu 33 dəfə müxtəlif ölkə, akademiya və qrumların medalları ilə mükafatlandırılıb.

Dünyanı izah edən bir neçə kitabın müllifidir ki, bunların arasında bestsellerə çevrilmiş “Zamanın qısa tarixi” kitabı bütün dünyada maraqla oxunur.

Öz qızı Lüsi ilə birgə uşaqlar üçün dünyanı və quruluşunu izah edən bir neçə kitab da yazıb.

Adına bir neçə bioqrafiya filmi çəkilib. “Discovery” və “National Geographics” kimi məşhur kanallarda Houkinqin adı iləbağlı müxtəlif film və seriallar çəkilib.

Qeyd etmək lazımdır ki, elmi kitab və nailiyyətlərinin çoxunu, o, dostlarının ona hədiyyə edərək onun üçün düzəltdikləri səs düzənləyici “Ekvalayzer” vasitəsi ilə yazıb. 1985-ci ildə boğazından keçirdiyi bir neçə əməliyyatdan sora danışıq bacarığını itirdiyinə görə bu xüsusi avadanlığı dostları ona uyğun düzəldiblər.

Bütün bədəni iflic olan alim ilk zamanlar tək bir barmağını işlədə bilirdi və auditoriya ilə bunun vasitəsi ilə əlaqə saxlayıb. Daha sonra o imkandan da məhrum olan Houkinq üçün yeganə ünsiyyət yolu gülüş mimikası üçün istifadə etdiyimiz yanaq əzələsindən istifadə etmək olub.

Belə ki, həmin aparat onun yanağına bərkidilib və o, yalnız bunun vasitəsi ilə ünsiyyət yarada bilib. Proqram bu əzələnin hərəkətlərini fiksə edərək səs siqnallarına çevirirdi. Bir insanın bu qədər məhdudiyyətlərlə bu qədər inanılmaz nailiyyətlərə imza atmağı həqiqətən heyrət doğurur. / Modern.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...