Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Roma Papasının istifadə etdiyi vertolyot qəzaya uğradı, ölənlər var

“Bell 412” helikopteri səmaya qalxdıqdan sonra radarlardan itdi.

Kolumbiyada hərbi vertolyot qəzaya uğrayıb.

“RİA Novosti” xəbər verir ki, qəza Alban bölgəsində baş verib.

“Bell 412” helikopteri cümə günü Palankero aviabazasından səmaya qalxdıqdan sonra radarlardan itib. Daha sonra vertolyotu Kolumbiyanın Hərbi Hava Qüvvələri aşkarlayıb.

İlkin məlumata görə, qəza nəticəsində 6 hərbçi ölüb: onlardan 2-i zabit, 4-ü isə gizirdir.

Vertolyot əla vəziyyətdə olub və rəsmi şəxslərin daşınmasında istifadə olunub. Belə ki, ölkə prezidenti və hətta 2017-ci ildə ölkəyə səfər edən Roma Papası Fransisk ondan yararlanıb.

Qəzanın başvermə səbəbi məlum deyil. Hadisə ilə bağlı təhqiqat aparılır. / Oxu.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...