Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Roma Papasının Venesuela ilə bağlı şərti məlum oldu

Papa: “Venesuela prezidenti Nikolas Madurodan məktub alsam da, hələ oxumamışam.”

İki tərəf xahiş etsə, Vatikan Venesueladakı siyasi münaqişədə vasitəçi qismində çıxış edə bilər.

“Reuters”in məlumatına görə, bunu Roma Papası Fransisk bəyan edib.

O bildirib ki, Venesuela prezidenti Nikolas Madurodan məktub alsa da, hələ oxumayıb.

“Məktubu oxuyandan sonra hansı addım atmaq barədə düşünəcəyəm. Lakin bu barədə hər iki tərəf xahiş etməlidir”, – deyə Roma Papası vurğulayıb.

Fransisk qeyd edib ki, vasitəçilik Venesuelada hakimiyyətlə müxalifət arasındakı dialoqa xidmət edə bilər.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...