Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Ruhani: “ABŞ-ın planını zərərsizləşdirəcəyik”

“Qərb neft, neftin ixracı və satışı, bank məsələlərində İrana təzyiq göstərir”.

“FATF-ın 4 layihəsini təsdiqləməklə ABŞ-ın maliyyə və bank üzrə planı zərərsizləşdiriləcək”.

Din.az xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin iclasında deyib.

Ruhaninin sözlərinə görə, sanksiyalar İranda heç bir fərd, qurum və ya dövlət orqanına qarşı deyil, sadəcə İran xalqına təzyiqlə nəticələnəcək.

Prezident əlavə edib ki, Qərb neft, neftin ixracı və satışı, bank məsələlərində İrana təzyiq göstərir:

“Neftin satılması ilə əlaqədar müxtəlif yolları və istiqamətləri izləyirik. Fəxrlə ABŞ sanksiyalarından yayınacağıq”. / Milli.az

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...