Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Ruhani: “ABŞ və Avropa ölkələri Yəməndə sülhün təmin olunmasında maraqlı deyillər”

H. Ruhani region ölkələrinin dostluğunun zəruriliyindən danışıb.

İran Prezidenti Həsən Ruhani Tehranda səfərdə olan Omanın Xarici İşlər naziri Yusif İbn Aləvi ilə görüşüb.

Din.az bildirir ki, görüşdə H. Ruhani deyib ki, Oman regionda İran ticarəti üçün mərkəz rolunu oynaya bilər.

Bölgədə baş verən münaqişələrdən danışan İran Prezidenti bildirib ki, ABŞ və Avropa ölkələri Yəməndə sülhün təmin olunmasında maraqlı deyillər.

H. Ruhani region ölkələrinin dostluğunun zəruriliyindən də danışıb. O qeyd edib ki, bölgə ölkələrinin dostluq etməkdən başqa yolu yoxdur: “Keçmişi unudub gələcəyə baxmalıyıq və birgə əməkdaşlıqla problemləri həll etməliyik”.

Omanın Xarici İşlər naziri də ölkəsinin İranla əməkdaşlıqda maraqlı olduğunu bildirib. / APA

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...