Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Ruhani Bakıda din xadimləri ilə görüşdü

Görüşdə Allahşükür Paşazadə də iştirak edib

Avqustun 7-də Azərbaycanda rəsmi səfərdə olan İran prezidenti Həsən Rouhani Azərbaycanın din xadimləri və ictimaiyyət nümayəndələri ilə görüşüb.

“Din.az” xəbər verir ki, APA-nın xəbərinə görə, görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, başqa din xadimləri və Milli Məclisin deputatları iştirak ediblər.

Xəbərdə qeyd edilir ki, görüşdə Azərbaycan və İran arasında dostluq münasibətlərindən söhbət açılıb. Bu cür səfərlərin hər iki xalqın daha da yaxınlaşması baxımından əhəmiyyət daşıdığı vurğulanıb. İki ölkə arasında tarixi, dini və mənəvi əlaqələrin qorunub saxlanılmasının əhəmiyyətindən bəhs edilib.

İran prezidenti Həsən Ruhani avqustun 7-də Azərbaycana gəlib. Onun prezident İlham Əliyevlə təkbətək görüşü və daha sonra iki ölkənin nümayəndələrinin geniş tərkibli toplantısı olub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir