Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Ruhani: Cənab Tramp, odla oynamayın, peşman olarsınız!

“Rəsmi Tehran “heç kimlə müharibə etmir”.

İran prezidenti ABŞ prezidentinə səslənib.

Din.az xəbər verir ki, İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald Trampı “odla oynamamağa” səsləyib və qeyd edib ki, rəsmi Tehran “heç kimlə müharibə etmir”.

“Cənab Tramp, biz mərd xalqıq, biz tarix boy regiondakı su arteriyasının təhlükəsizliyini təmin etmişik. Sataşmayın, odla oynamayın, buna görə peşman olarsınız.”, – deyə Ruhani bildirib.

Onun sözlərinə görə, “İranın gücü – (düşmənin) qarşısını alan gücdür”. “Biz heç kimlə vuruşmuruq, müharibə etmirik.”, – deyə o əlavə edib.

Xatırladaq ki, daha öncə ABŞ Dövlət Departamentindən bəyan ediblər ki, rəsmi Vaşinqton öz müttəfiqlərini noyabr ayının əvvəlinədək İran neftinin alışından tamamilə imtina etməyə razı salmağa çalışacaq. ABŞ maliyyə naziri Stiven Mnuçin isə qeyd edib ki, ABŞ Ağ Evin etirazlarına baxmayaraq İrandan neft almağa davam edəcək Rusiya, Çin və digər istənilən ölkələrə sanksiyalar tətbiq etməyə hazırdır. ABŞ dövlət katibi Maykl Pompeo bildirib ki, İranın neft sektoruna dair ABŞ sanksiyaları noyabrın 4-dən qüvvəyə minəcək; bu tarixdən sonra isə İran neftinin alışı sanksiyaların pozulması mənasını verəcək.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...