Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Ruhani: “İran heç bir xalqın düşməni deyil və olmayacaq”

“ABŞ Fars körfəzindən neftin ixrac olunmayacağını bilməlidir”.

“Amerika Birləşmiş Ştatları bir gün İranın neft ixracının qarşısını almaq istəyərsə, Fars körfəzindən neftin ixrac olunmayacağını bilməlidir”.

Din.az Trend-ə istinadən xəbər verir ki, bunu Simnan vilayətinin əhalisi qarşısında çıxış edən İran Prezidenti Həsən Ruhani deyib.

Onun sözlərinə görə, İran neft satır və satacaq. Neft ixracının qarşısını almaq mümkün deyil:

“ABŞ istəyir ki, İranın dünya ilə əlaqələrini zəiflətsin. İranın hazırda qərbdə İraq və Türkiyə ilə, şimalda Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistan, şərqdə Əfqanıstan və Pakistan, cənubda Oman, Qətər və Küveytlə səmimi əlaqələri var. Birləşmiş Ştatlar uzun əsrlər bir-birinin yanında olmuş region ölkələrini ayıra bilməz”.

İran Prezidenti deyib ki, ölkəsi heç bir xalqın düşməni deyil və olmayacaq.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...