Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Ruhani müsəlmanlara çağırış etdi: Savaş başlayıb…

“Xalqımız öz mübarizə əzmi ilə bu savaşdan qalib çıxacaq” – Ruhani.

ABŞ iqtisadi sanksiyalar və blokada siyasəti ilə İranı təzyiq altında saxlamağa çalışır.

Din.az xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani deyib.

“Bu iqtisadi savaşda düşmənə qalib gələcəyimizə şübhə etmirəm. Xalqımız öz mübarizə əzmi ilə bu savaşdan qalib çıxacaq”, – Ruhani bildirib.

İran prezidenti bütün müsəlmanlara çağırış edərək bunları deyib:

“Müsəlmanlar Fələstin xalqının öz haqqını qorumasına, miqrantların evlərinə qayıtmasına və Qüdsün müstəqil Fələstinin paytaxtı olmasına yardım etməlidir”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...