Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Ruhani müsəlmanları ABŞ-a qarşı birləşməyə çağırdı

“Qərbə tabe olmaq dinimizə və bu regionun gələcək nəsillərinə qarşı xəyanət olar”.

İran prezidenti Həsən Ruhani dünya müsəlmanlarını “cinayətkarlar üçün qırmızı xalça sərmək” əvəzinə, ABŞ-a qarşı birləşməyə çağırıb.

Din.az xəbər verir ki, bu barədə Ruhani Tehranda keçirilən “İslam Birliyi” beynəlxalq konfransında çıxışı zamanı deyib.
“Amerikanın başçılıq etdiyi Qərbə tabe olmaq dinimizə və bu regionun gələcək nəsillərinə qarşı xəyanət olar. Bizim seçimimiz var: ya cinayətkarların ayağı altına qırmızı xalça səririk, ya da ədalətsizliyə qarşı qətiyyətlə dayanıb Peyğəmbərimizə, Quranımıza və İslam dinimizə sadiq qalırıq”, – deyə Ruhani Səudiyyə Ərəbistanı və ABŞ-la sıx əlaqələrə malik digər körfəz ölkələrinə eyham edib.

“Biz Səudiyyə əhalisinin terrorizm, təcavüz və super güclərə qarşı maraqlarını müdafiə etməyə hazırıq və bunun üçün biz 450 milyard dollar (Səudiyyə hökumətinin ABŞ-la yeni silah razılaşmalarının ümumi məbləği) istəmirik” – İran prezidenti bəyan edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...