Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Ruhani qadınların işləməsinə şərait yaratdı

İslam Respublikasının prezidenti gender bərabərliyini qoruyacaq…

İran prezidenti Həsən Ruhani ölkəsində gender bərabərliyinin qorunması istiqamətində maraqlı addım atıb.

“Din.az” “ATV.az”a istinadən bildirir ki, dövlət qulluğuna qəbulu bu il ləğv edən dövlət başçısı bu addımını qadınların hüquqlarının pozulması ilə əlaqələndirib. Dövlət idarələrinə tələb olunan 3 min vakansiyanı yenidən gözdən keçirən İslam Respublikasının başçısı hesab edir ki, xanım çalışanlar ölkədə əhalinin çox cüzi hissəsini təşkil edir. Müqayisə üçün bildirək ki, İranda qadınların 60 %-i ali təhsilli olsa da, onlardan yalnız 12,5 %-i işgüzar karyera qura bilir. Buna səbəb isə mövcud rejimdə xanımların işləməsinə olan münasibətdir. Prezidentin qərarı əhali arasında birmənalı qarşılanmayıb. Bəzi mühavizəkar dairələr qərarı pisləsə də, əksəriyyət Ruhaninin dəstəkləyir.

Qeyd edək ki, hakimiyyətə gəldikdən sonra dövlət başçısı gender bərabərliyi sahəsində bir sıra islahatlara imza atıb. Ruhani iqtidarında ən yüksək vəzifə isə Mərziyyə Əfhama qismət olub. Bir müddə xarici işlər nazirliyinin rəsmisi kimi çalışan xanım siyasətçi sonradan Malayziyaya səfir təyin edilib.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...