Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Ruhani Qərbi Azərbaycana gəlir: Urmiya gölünə getməyəcək

Ruhaninin 3 dəfə təxirə salınan Qərbi Azərbaycan əyalətinə səfəri …

İran Prezidenti Həsən Ruhaninin 3 dəfə təxirə salınan Qərbi Azərbaycan əyalətinə səfəri noyabrın 19-da baş tutacaq.

Din.az xəbər verir ki, bu barədə Urmiyanın İran parlamentindəki millət vəkili Hadi Bahaduri danışıb. O bildirib ki, Ruhani bir neçə layihənin açılışında iştirak edəcək.

Qərbi Azərbaycan Valiliyinin yaydığı məlumata görə, Həsən Ruhaninin səfər proqramında böhran içində olan Urmiya gölünə baxış keçirmək yer almayıb.

Qeyd edək ki, İran prezidentinin Qərbi Azərbaycan əyalətinə səfəri oktyabrın 23-nə təyin olunsa da təxirə salınmışdı. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...