Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Ruhani: Suriyada müharibəyə son qoyacayıq

“Suriyada müharibəyə son qoymaq üçün birgə işlər görülür”.

İran prezident Həsən Ruhani Tehranda başlayan İran, Rusiya və Türkiyə liderlər zirvəsinin əvvəlində çıxışı zamanı Suriyada müharibəyə son qoymaq üçün birgə çərçivə yaratmağa çalışdıqlarını bildirib.

Din.az xarici mediaya istinadən əbər verir ki, Ruhani, Tehran sammiti üç ölkənin Astana prosesində başladığı üçlü terrorla mübarizənin davamı və Suriya millətinin tələbi üçün keçirdiyini bildirib.

Suriyanın ərazi bütövlüyü və milli suverenliyinə diqqət çəkən H.Ruhani, Suriyada müharibə alovlarını söndürmək üçün üç ölkənin ortaq bir çərçivəyə çatmalarının lazım olduğunu vurğulayıb. Ruhani həmçinin Amerikanın Suriyaya qanunsuz müdaxilələrinə toxunaraq bu müdaxilə Suriyada olan sülhü ciddi sıxıntı ilə qarşı-qarşıya qoyduğunu bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...