Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Ruhani: “Vaşinqton bizə diktə edə bilməz”

“Dünya artıq hər şeydə ABŞ-ın qərarlar ilə razılaşa bilməz”.

ABŞ-ın İrana və bütün dünyaya diktə etməyə ixtiyarı yoxdur.

Din.az bildirir ki, bunu mayın 21-də İran prezidenti Həsən Ruhani bildirib.

Ruhaninin bəyanatı ABŞ dövlət katibinin Tehrana irəli sürdüyü 12 şərtlə bağlı çıxışına cavab olub.

“Dünya artıq bu gün Birləşmiş Ştatların müstəqil və suveren dövlətlərin adından qərarlar qəbul etməsi ilə razılaşa bilməz. ABŞ hökuməti 15 il əvvəlki dönəmə, kiçik Corc Buşun hakimiyyətdə olduğu 2003-cü ilə geri qayıdıb.

İran xalqı sizin riyakarlığınızdan cana gəlib və onu heç vaxt qəbul etməyib də.”,- deyə Ruhani vurğulayıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...