Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Ruhanidən Ermənistana xəbərdarlıq

İran prezidenti ölkəsinin Azərbaycanla əlaqələrinin genişlənəcəyinə inandığını bildirib.

İranla Azərbaycan Respublikası arasında ikitərəfli iqtisadi əlaqələrin inkişafı üçün zəruri olan infrastrukturun qurulması davam edir.

Din.az xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani Güney Azərbaycana səfəri zamanı deyib.

İran prezidenti ölkəsinin Azərbaycanla əlaqələrinin genişlənəcəyinə inandığını və bu istiqamətdə danışıqların davam etdiyini bildirib.

Bundan əlavə, Ruhani Araz çayının çirklənməsi məsələsinə toxunub. Onun sözlərinə görə, İran tərəfi Ermənistan nümayəndələri ilə görüşlərdə bu məsələyə toxunub.

İran prezidenti ölkənin bu sahəyə ciddi diqqət yetirməyə davam edəcəyini vurğulayıb:

“Bu məsələdə Ermənistanla razılığımız var”. / Teleqraf.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...