Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Ruhanidən Urmiya gölü ilə bağlı qəribə açıqlama: “Xidmətimiz sayəsində…” – Video

Ruhani: “Urmiya gölünün canlandırılması 11-ci və 12-ci hökumətin ən böyük xidmətidir”.

İran Prezidenti Həsən Ruhani Urmiya gölü ilə bağlı qəribə iddia ilə çıxış edib.

Din.az xəbər verir ki, Urmiya gölünün canlandırıldığını iddia edən prezident bunu 11-ci və 12-ci hökumətin ən böyük xidməti kimi qələmə verib.

Ancaq Güney Azərbaycana bağlı saytlar yazır ki, göldə suyun səviyyəsinin müəyyən qədər artması son vaxtların yağış və daşqınları nəticəsində baş verib.

Bölgə əhalisi və yerli məsul şəxslər dəfələrlə vurğulayıb ki, Urmiya Gölünü Canlandırma Mərkəzi bu günə qədər gölün canlandırılması üçün heç bir iş görməyib, göldə böhranlı vəziyyət olduğu kimi davam etməkdədir.

Hətta aprelin 16-da Urmiyanın İran parlamentindəki millət vəkili Hadi Bahaduri parlamentdə çıxışı zamanı da bu məsələyə işarə edərək deyib:

“Vurğulayacağım digər məsələ, energetika və kənd təsərrüfatı nazirlərinə xəbərdarlıqla bağlı olacaq. Urmiya gölü bərpa olunmayıb. Ona görə də əhaliyə yalan məlumat verməyin. Son yağıntıların nəticəsində göldə suyun səviyyəsi müəyyən qədər artıb, lakin gölün bərpa olunması üçün suyun səviyyəsinin hələ 3 metr qalxması lazımdır. Urmiya Gölünü Canlandırma Mərkəzi işlərini sürətlə davam etdirməlidir”. / Teleqraf.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...