Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Ruhaninin köməkçisi “azərilər türk deyil” dedi, ara qarışdı

Yunusi: “Azərilər 300 ildir ki, türkcə danışırlar”.

Urmiyanın İran parlamentindəki millət vəkili Nadir Qazipur və Hadi Bahadırın Prezident Həsən Ruhaniyə ünvanladığı məktuba 50 türk əsilli deputat imza atıb.

Din.az xəbər verir ki, millət vəkilləri Ruhaniyə yazılmış məktubda onun köməkçisi Əli Yunusinin “azərilər türkcə danışan farsdır” sözlərinə sərt reaksiya veriblər.

“Yunusinin İrandakı azlıqlarla bağlı bu açıqlamaları ölkə təhlükəsizliyinə zərər verir. Quranda da irqi ayrı-seçkilik etmək böyük günah hesab olunur. Onun bu məktubu azəri, türkman, qaşqay, xəzər kimi türk dilində danışan, ölkənin təxminən 40 faizini təşkil edən türk qövmünə böyük təhqirdir”, – məktubda deyilir.

Qeyd edək ki, Yunusi açıqlamasında “Azərilər 300 ildir ki, türkcə danışırlar, onlar farsdırlar və əvvəllər də fars dilində danışıblar” deyərək, absurd iddia səsləndirmişdi. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...