Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Rumıniya İsraildəki səfirliyini Qüdsə köçürür

“Rumıniya səfirliyini Yerusəlimə, İsrailin paytaxtına köçürəcəyik”.

Rumıniyanın İsrailin Tel-Əviv şəhərindəki səfirliyi Qüdsə (Yerusəlim) köçürüləcək.

Din.az xəbər verir ki, bunu bazar günü ölkənin baş naziri Viorika Dançile deyib.

“Bu gün Amerika – İsrail İctimai Münasibətlər Komitəsi auditoriyası qarşısında açıqlayıram ki, ölkəmizdə qərar qəbuletmə prosesində iştirak edən bütün konstitusiya subyektləri tərəfindən təhlil edildikdən sonra, tam razılıqla, mən, Rumıniyanın baş naziri və hökumət başçısı olaraq, Rumıniya səfirliyini Yerusəlimə, İsrailin paytaxtına köçürəcəyik”, – deyə Rumıniya hökumətinin mətbuat xidməti baş nazirin sözlərini sitat gətirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...