Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Rumıniya səfirliyin Qüdsə köçürülməsinə dair memorandumu səhv adlandırıb

Rumıniya səfirliyin Tel-Əvivdən Qüdsə köçürülməsinin təhlil və qiymətləndirilməsi prosesini başladıb.

Rumıniya prezidenti Klaus Yohannis hesab edir ki, səfirliyin Tel-Əvivdən Qüdsə köçürülməsinə dair memorandum düzəldilməsi lazım olan bir səhvdir.

Din.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Agerpres” agentliyi məlumat yayıb. Rumıniya hökuməti səfirliyin Tel-Əvivdən Qüdsə köçürülməsinin təhlil və qiymətləndirilməsi prosesini başladıb. Sonradan Yohannis ölkə səfirliyinin köçürülə bilmə ehtimalı barədə məlumatlandırılmadığını və bu təşəbbüsü beynəlxalq hüququn pozulması hesab etdiyini bildirib. “Səhv edilib, indi onu düzəltmək lazımdır, çünki bunda mənim heç bir marağım yoxdur və Rumıniyanın bir dövlət olaraq İsrail ilə olduqca xoş olan münasibətləri korlamaqda tamamilə heç bir marağı yoxdur”, — deyə o bildirib. Prezident həmçinin səfirliyin köçürülmə perspektivinin müzakirə edilə biləcəyini də istisna etməyib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...