Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Rumıniya və Honduras Qüdsü İsrailin paytaxtı kimi tanıyıb

Hər iki ölkə səfirliyini Qüdsə köçürmək niyyətindədir.

Rumıniya və Honduras Qüdsü İsrailin paytaxtı kimi tanıyıb.

Din.az xəbər verir ki, bunu Rumıniyanın baş naziri Viorisa Dansila və Honduras prezidenti Xuan Orlando Hernandes ötən gün Amerika-İsrail İctimai Əlaqələr Komitəsinin Vaşinqtonda keçirilən illik konfransında bəyan edib.

Bildirilib ki, hər iki ölkə səfirliyini Qüdsə köçürmək niyyətindədir.

KİV-in məlumatına görə, Rumıniya prezidenti baş nazirin bu qərarı onunla razılaşdırmadığını deyib.

Qeyd edək ki, 2018-ci ilin əvvəlində ABŞ Qüdsü İsrailin paytaxtı kimi tanıyıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...