Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Rus ideoloqdan sensasiya: XAMENEİ Tehrandan qaçdı – VİDEO

Xamenei etiraz aksiyaları şiddətləndikdən sonra Tehranı tərk edib?

İranın Ali dini lideri Əli Xameneinin Tehranı tərk etməsi barədə təsdiqlənməmiş informasiyalar yayılmaqdadır.

Din.az Axar.az-a istinadən xəbər verir ki, informasiya sosial şəbəkələrdə paylaşılıb. Xameneinin etiraz aksiyalarının şiddətlənməsindən sonra Tehranı tərk etdiyi bildirilib.

Rusiyalı ekspert Anatoli Nesmiyan da öz Feysbuk səhifəsində bu informasiyanı paylaşıb. O, həmçinin, Qasım Süleymaninin artıq İrana qayıtdığını bildirib:

“İranda etirazçılarla hələlik “Bəsic” və İran İslam İnqilabı Keşikçiləri Korpusu üz-üzə gəlir. Artıq Qasım Süleymani də İrana gəlib. Ordu etirazçılara atəş açmaqdan imtina edir. Şayiələrə görə, Xamenei Tehranı tərk edib. Əgər hadisələr belə davam etsə, yaxın günlərdə tam şəkildə destabilizasiya yarana bilər”, – deyə o bildirib.

Qeyd edək ki, İranda etiraz aksiyaları dekabrın 28-dən başlayıb. Etiraz aksiyaları zamanı bahalaşmaya, Suriyadakı müharibəyə etiraz edilib, Xameneinin istefaya getməsi istənilib. 20-dən çox şəhəri bürüyən aksiyalara Cənubi Azərbaycan şəhərləri də qoşulub.

SEPAH-ın məşhur generallarından olan Qasım Süleymanı daha çox xarici əməliyyatlarda iştirak edir. Q.Süleymaninin şəxsi nüfuzuna görə xalqa və orduya təsir edə biləcəyi üçün təcili İrana qayıtdığı qeyd edilir

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...