Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Rus patriarxdan İlham Əliyevə: Müdrik və istedadlı rəhbər…

Patriarx Kirill Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Zati-aliləri, möhtərəm Prezident.

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Siz uzun illərdir ki, rəhbərlik etdiyiniz ölkənin firavanlığının və dinamik inkişafının qayğısına qalan müdrik və istedadlı rəhbər kimi Azərbaycan sakinlərinin rifahı naminə çalışırsınız.

Bakı Pravoslav Kilsəsinin və Bakı-Azərbaycan Yeparxiyasının fəaliyyətini dəstəklədiyinizə və onlara göstərdiyiniz diqqətə görə Sizə minnətdarlığımı bildirmək istərdim. Ümidvaram ki, bizim əməkdaşlığımız bundan sonra da öz bəhrələrini verəcək, cəmiyyətdə ənənəvi mənəvi-əxlaqi dəyərlərin bərqərar olmasına, Cənubi Qafqaz regionunda, dinlərarası və millətlərarası sülhün möhkəmlənməsinə şərait yaradacaq.

Sizə möhkəm cansağlığı, Tanrıdan kömək və Azərbaycan xalqına xidmət kimi məsul fəaliyyətinizdə uğurlar diləyirəm.  / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...