"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

Qaynar Xəbərlər

Rus Pravoslav Kilsəsi: Dağlıq Qarabağ münaqişəsinin dini əsasları yoxdur

Share Button

Dağlıq Qarabağ münaqişəsi siyasi xarakter daşıyır

Rus Pravoslav Kilsəsi Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində ardıcıl və dəyişməz mövqedən çıxış edir və fikir ayrılıqları ilə bağlı qanunlar çərçivəsində qarşılıqlı həll yollarının tapılmasına səy göstərir.

Bu, Rus Pravoslav Kilsəsinin Azərbaycanın Rusiyadakı səfirliyinin Pravoslavların Parlamentlər Assosiasiyasının XXIII illik konfransının yekun deklarasiyası ilə bağlı müraciətinə cavab məktubunda bildirilir.

“Din.az” xəbər verir ki, bu barədə Trend-ə səfirlikdən verilən məlumatda qeyd olunur.

Məktubda deyilir ki, 1993-cü ildən başlayaraq, Moskva və bütün rusların patriarxının vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın dini liderlərinin görüşləri keçirilib. Bu görüşlərdə iştirakçılar dəfələrlə bildiriblər ki, Dağlıq Qarabağ münaqişəsinin dini əsasları yoxdur və siyasi xarakter daşıyır, millətlərarası düşmənçiliyin qızışdırılması isə xristianlıq və islam nöqteyi-nəzərindən günah sayılır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir