Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Rus qadın sevgisi uğrunda müsəlman oldu

İslam dinini araşdırdım və müsəlman olmaq qərarına gəldim.

Kütahyanın Hisarcık bölgəsində yaşayan rus əsilli Olqa Titova, sevdiyi türk gənci uğrunda müsəlman olub.

 

“Din.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, türk gənci Arif Sami Ay ilə Antalyanın Alanya bölgəsində tanış olaraq evlənmək qərarına gələn 38 yaşlı rus əsilli qadın Olqa Titova, nikahdan əvvəl İslamı qəbul edərək Oya adını götürüb. Olqa Titova üçün Hisarcık Müftiliyində təntənəli mərasim təşkil edilib. Olqa Titova müfti Mustafa Ardanın şahidliyində kəlimeyi-şəhadət gətirərək müsəlman olub.

u_4655_1

Müsəlman olduğuna görə özünü xoşbəxt hesab etdiyini bildirən Olqa Titova deyib: “Çox sevdiyim Ariflə evlənəcəyimə görə İslam dinini araşdırdım və müsəlman olmaq qərarına gəldim. İslamı seçməyimdə həyat yoldaşım və ailəsinin təlqinlərinin rolu böyük olub. Quranı və İslamın şərtlərini yaxşı öyrənməliyəm”.

z_5437

Oya adını götürən Olqa Titovanın həyat yoldaşı Arif Sami Ay isə bunları deyib: “Mən və həyat yoldaşım düşünürük ki, birgə olan insanlar eyni düşüncələri paylaşmalı və eyni yolda yürüməlidirlər. Buna görə də həyat yoldaşım İslamı qəbul edəcəyini bildirərək bizdən dəstək istəyib. Biz ona İslamdan bəhs etdikdə bu onun daha çox xoşuna gəldi. İnşallah bundan sonra ona hər cür köməyi göstərəcəyik”.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...