Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Rusiya: Biz olmasaydıq, nə Suriya var idi, nə də Əsəd!

Dəməşq az qala İŞİD terror təşkilatının “paytaxtı” olacaqdı.

Rusiya XİN başçısı Suriya müharibəsi haqda danışıb.

Din.az-ın verdiyi xəbərə əsasən, Dəməşq az qala İŞİD terror təşkilatının “paytaxtı” olacaqdı.

Ancaq Rusiyanın vaxtında etdiyi yardım Suriya hökumətinin iflasının qarşısını aldı. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, Rusiya “Suriyaya gələndə”, İŞİD “demək olar ki, Dəməşqin girişində idi, Əsədin başçılıq etdiyi hökumət isə devrilmək üzrə idi”.

“İnsan həyatı xilad etdiyini, müstəqilliyə və bütün dövlətlərin ərazi bütövlüyünə hörmət etdiyi iddia edib bu gün səsini yüksəldənlərdən də heç kəs Dəməşqin terrorçular tərəfindən işğalının qarşısını almaq üçün barmağını belə tərpətməyib. Əgər Dəməşq tutulsaydı, “xilafətin” paytaxtı olacaqdı”, – deyə o qeyd edib.

Lavrov əlavə edib ki, bu gün Suriyada azsaylı pərən-pərən düşmüş İŞİD və “Nusra Cəbhəsi” qruplaşmaları terror fəaliyyətlərini davfam etdirirlər.

Üstəlik, onun sözlərinə görə, məhz “Nusra Cəbhəsi” hazırda Suriya üçün ən ciddi təhlükədir. / İslamazeri.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...