Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Rusiya Donbasda öz imamlarını yerləşdirir

Krımın dini həyatı Rusiyanın nəzarətindədir…

Rusiya, ukraynalı müsəlmanların yaşadığı bölgələrdə öz din adamlarını yerləşdirir.

Ukrayna Müsəlmanlarının Dini İdarəsi (Umma) müftisi Səid İsmagilov, Rusiya rəhbərliyinin, rus əsgərləri və  Rusiya tərəfdarı olan terrorçular tərəfindən işğal edilən Ukraynanın şərq bölgələrində yerləşən məscidlərə öz dini adamlarını yerləşdiryini açıqlayıb.

“Din.az” xəbər verir ki, “Krım Xəbər Agentliyi”ndə yer alan məlumatda, Ukraynanın bir saytına açıqlama verən İsmagilov, “Donetsk bölgəsində, Donbasın Ukraynadan müstəqil olduğunu irəli sürən 3 dini quruluş əsas mövzudur. Donbasın müftiliyi də əsasdır. Onlar aralarında belə mübarizə apararaq Donbasda ana quruluş olaraq qalmağa çalışırlar. Onların hamısı Moskvanın nəzarəti altındadır. Luqansk bölgəsində bunun kimi sözdə lider olanlar yoxdur” deyib.

Rusiyanın işğal etdiyi Donbası öz dövlətinə bağlamayacağını, ancaq müsəlman quruluşların başına öz agentlərini qoyacağını ifadə edən İsmagilov, “günümüzdə bunlar edilir” deyə bildirib.

Ukraynadakı müsəlmanların yarıdan çoxunun Rusiya tərəfindən işğal edilən torpaqlarda yaşadığını qeyd edən İsmagilov Donbasdan fərqli olaraq Krımdakı dini həyatın tamamilə Rusiyanın nəzarəti altına alındığını söyləyib.

İsmagilov, “Donbasda Rusiya qanunvericiliyi etibarlı deyil. Ona görə də bu bölgəni istifadə edərək soyurlar. Yerli rəhbərliklər, bəzi dini təşkilatlardan istifadə etmək istəyir. Ona görə də müsəlmanların dini təşkilatlarının fəaliyyətinə izin verir” deyə 0 bildirib.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...