Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Rusiya mediası: Keşiş Branson bəhanə idi…

“Keşişi beynəlxalq münasibətlərin gələcəyinə təsir edən simvol halına gətiriblər”.

Rusiyanın “Kommersant” qəzeti keşiş Endryu Bransonun azadlığa buraxılmasını “təmizə çıxarılmaq” adlandırıb.

Din.az bildirir ki, bu barədə qəzetin əməkdaşı Dina Marqanovanın yazısında qeyd olunub.

“Məhkəmənin keşiş Bransonu təmizə çıxartdığını deyə bilərik. Çünki prokurorluğun tələb etdiyi 35 il yerinə 3 il 1 ay 15 gün həbs cəzası verilib. Üstəlik, məhkəmə Bransonun həbsxanada keçiridiyi müddəti də nəzərə alaraq, onu azadlığa buraxdı və xaricə çıxış qadağasını götürdü. Beləliklə keşiş Branson məmləkəti ABŞ-a geri qayıda bildi”, – məqalədə bildirilib.

Sözügedən xəbərə şərh verən rusiyalı politoloq Aleksey Obraztsov Bransonun azadlığa buraxılmasının iki ölkə arasındakı münasibətlərdə dəyişikliyə səbəb olmayacağını bildirib:

“Keşiş bəhanə idi. Onu beynəlxalq münasibətlərin gələcəyinə təsir edən simvol halına gətiriblər. Əslində isə Branson elə biri ola bilməz”.

Rusiyalı ekspertin sözlərinə görə, Türkiyə Branson məsələsi ilə bağlı tamamilə müstəqil olduğunu və öz siyasətini yeridə biləcəyini göstərməyə çalışdı.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...