Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Rusiya Ortodoks kilsəsi: Azərbaycan sabitlik adasıdır

“Azərbaycan açıq şəkildə tolerantlıq və multikulturalizm nümayiş etdirir”.

Din beynəlxalq və dövlətlərarası əlaqələrdə çox əhəmiyyətli rol oynayır”.

Din.az ONA-ya istinadən məlumat verir ki, bunu Azərbaycandakı Rusiya Ortodoks kilsəsinin mətbuat katibi Konstantin Pominov “Dinlərarası dialoq və radikalizmlə mübarizə” adlı konfransda deyib. Onun sözlərinə görə, Azərbaycan sabitlik adasıdır: “Azərbaycan açıq şəkildə tolerantlıq və multikulturalizm nümayiş etdirir. Burada bütün dinlərin nümayəndələri sülh içərisində yaşayır”.

Azərbaycanda Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev çıxışında deyib ki, Azərbaycanda multikulturalizm və tolerantlıq həyat tərzinə çevrilib: “Mən bu gün milli qəhrəman Albert Aqarunovun 50 illik yubileyi münasibətilə Şəhidlər Xiyabanında oldum. Orada tanımadığım yüzlərlə insan onun ruhunu yad etməyə gəlmişdi. Albert Aqarunovun adına Azərbaycanın müxtəlif şəhərlərində və rayonlarında küçələr, mərkəzlər var. Bu da Azərbaycanda yəhudilərə olan münasibətin bariz nümunəsidir”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...