Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Rusiya patriarxı KİRİLL Azərbaycan prezidentinə məktub göndərib

“Ümidvaram ki, bu qarşılıqlı əlaqələr bundan sonra da möhkəmlənəcək”.

Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.

Din.az APA-ya istinadən bildirir ki, məktubda bunlar yazılıb:

“Zati-aliləri, möhtərəm İlham Heydər oğlu. Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Siz Azərbaycan naminə xidmət etdiyiniz uzun illər ərzində böyük idarəçilik təcrübəsi və siyasi təcrübə qazanmısınız, öz həmvətənləriniz üçün doğma ölkənin firavanlığı naminə bütün gücünü sərf edən, Qafqaz regionunda millətlərarası və dinlərarası münasibətlərin inkişafına sanballı töhfə verən dövlət lideri nümunəsi olmusunuz. Azərbaycan Respublikasının rəhbərliyi ilə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası arasında yaranmış konstruktiv qarşılıqlı münasibətlərin şahidi olmaqdan fərəh duyuram. Ümidvaram ki, bu qarşılıqlı əlaqələr bundan sonra da möhkəmlənəcək, insanlar arasında sülhün və həmrəyliyin bərqərar olmasına kömək edəcək. Sizə möhkəm cansağlığı, Tanrının Sizə yardımçı olmasını və Prezident kimi ali xidmətinizdə yeni-yeni uğurlar arzu edirəm”.

Azərbaycan prezidentini doğum günü münasibəti ilə həmçinin Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov, “Areti” Beynəlxalq Şirkətlər Qrupunun prezidenti İqor Makarov və Rusiyanın əməkdar rəssamı, Rusiya Rəssamlıq Akademiyasının akademiki Nikas Safronov təbrik ediblər.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...