Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Rusiya Qarabağla bağlı təxribatlara ərəb din xadimlərini cəlb edir!?

“Qarabağ erməni torpağıdır. Burada başqa mübahisəyə ehtiyac yoxdur”. “Din.az” “publik.az”a istinadən bildirir ki, bu fikirləri Suriyanın baş müftisi Şeyx Əhməd Bədir Al-Din Hassoun Rusiya KİV-nə müsahibəsində mübahisəli ərazilərdən danışarkən deyib. Mübahisəli ərazilərdən danişarkən Qarabağı nümunə göstərən müfti bildirib ki, müstəqillik, regionun tarixi keçmişi xalqın əsas motivasiyasıdır: “Ümumiyyətlə, hansı mübahisəlilikdən danışmaq olar. Şəxsən mən müstəqillik və […]

muftiy-siriiQarabağ erməni torpağıdır. Burada başqa mübahisəyə ehtiyac yoxdur”.

“Din.az” “publik.az”a istinadən bildirir ki, bu fikirləri Suriyanın baş müftisi Şeyx Əhməd Bədir Al-Din Hassoun Rusiya KİV-nə müsahibəsində mübahisəli ərazilərdən danışarkən deyib.

Mübahisəli ərazilərdən danişarkən Qarabağı nümunə göstərən müfti bildirib ki, müstəqillik, regionun tarixi keçmişi xalqın əsas motivasiyasıdır:

“Ümumiyyətlə, hansı mübahisəlilikdən danışmaq olar. Şəxsən mən müstəqillik və azadlıq məsələsində Qarabağ xalqını dəstəkləyirəm. Bir daha qeyd etmək istəyirəm ki, Qarabağ münaqişəsinin səbəbi din deyil, xalqın iradəsi ilə bağlıdır” – deyə müfti əlavə edib.

Ölkəsində hər gün günahsız insanlar ölən suriyalı müftinin Qarabağ məsələsindən danışması və bu cür açıqlamalar verməsinin səbəbi nədir?

Aydın Mirzəzadə
Aydın Mirzəzadə

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə bunu ərəb ictimaiyyətinin bir hissəsinin erməni təbliğatının təsiri altında olması ilə əsaslandırır:

“Suriya tərəfindən anti-Azərbaycan məzmunlu bəyanat verilməsi birinci hal deyil. Hətta hakimiyyət orqanları tərəfindən ara-sıra Dağlıq Qarabağ məsələsi ilə bağlı yanlış mövqe nümayiş etdirilib. Bu da Azərbaycanın özünün ərazi bötüvlüyü, tarixi ərazilərimizin mənsubiyyəti məsələsində hələ çox iş aparmalı olduğunu göstərir. Lakin biz itirilmiş torpaqlarımız uğrunda hər hansı bir ölkənin müftisinin dediyi ilə deyil, özümüzün hüquqlarımız əsasında mübarizə aparırıq. Suriya müftisinin bu mövqeyi nə ədalətə, nə də onun mənsub olduğu İslam dininin fəlsəfəsinə uyğun gəlmir. Bu gün onların müdafiə etdiyi Ermənistan tərəfindən müftinin din qardaşları olan azərbaycanlılar qovulublar, Şuşada qədim məscidimiz dağılıb, erməni millətçiləri XX əsrin ən ağır faciəsi olan Xocalı soyqırımını törədib. Bu baxımdan Azərbaycan Dağlıq Qarabağla bağlı mübarizəsində tarixi faktlara, beynəlxalq hüquqa əsaslancaq”.

maxresdefaultİlahiyyatçı Elşad Mirinin fikrincə, Suriyada insanların qətlinə fətva verənlərin fikrini ciddi qəbul etməyə ehtiyac yoxdur:

“Bu gün Suriyada hakimiyyət problemləri yaşanır. Bu halda, onun müftisinin, ya da başqa bir din xadiminin fikrinə şərh vermək absurddur. Bu gün İran prezidenti Ermənistana gedirsə, Suriyadan və ya din xadimindən fərqli mövqe gözləmirik. Lakin reallıq budur ki, Qarabağ münaqişəsinin həllini din xadimləri deyil, siyasətçilər müəyyən edir”.

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı deyir ki, Dağlıq Qarabağ məsələsi uzandıqca bu cür açıqlamalar da olacaq:

“Lakin müftinin bu sözlərinə çox da əhəmiyyət vermək lazım deyil. Əsas məsələ o torpaqları qaytarmağımız və orada yaşamağımızdır. Ondan sonra kimin nə danışmağı önəmli deyil”.

Bu yazının məhz Rusiya mətbuatında yer almasına toxunan E.Şıxlı burada xüsusi marağın ola biləcəyini də istisna etmədiyini deyir:

“Görünür Rusiyanın Azərbaycanla bağlı hansısa marağı var. Ona görə də hərtərəfli təxribata əl atmağa çalışır. Bu günlərdə sərhəddə yaranan gərginliyi də bununla əlaqələndirmək olar. Həmçinin jirnovskisayağı bir siyasətçinin “Qarabağ Ermənistanındır” deməsi də gözləniləndir. Yəni mümkün variantlara əl atacaqlar. Suriyalı din xadiminə gəldikdə, bu ölkə hələ SSRİ vaxtında Rusiyanın təsiri altında olub. Birinci Qarabağ müharibəsində sərhəddə döyüşən bir çox ermənilər Suriya və Livandan gəlirdi. İndi də Suriya Rusiyadan asılı vəziyyətdədir. Ona görə də kimə nə istəyirlər, dedizdirə bilirlər. Burada qeyri-adi heç nə yoxdur”.

Elçin Şıxlı
Elçin Şıxlı

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...