Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Rusiya sürətlə müsəlmanlaşır – Qaynutdin

15 il ərzində Rusiyada əhalinin 30%-ni müsəlmanlar təşkil edəcək.

Yaxın gəlcəkdə Rusiyanın müsəlman əhalisinin sayı artacaq.

Din.az xəbər verir ki, bunu Rusiyanın Müftilər Şurasının sədri Ravil Qaynutdin “Rusiyada İslam Tarixi” konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 15 il ərzində Rusiyada əhalinin 30%-ni müsəlmanlar təşkil edəcək.

O, ildən-ilə Rusiyada islama qoşulanların sayının artdığını bildirib.

Qaynutdin Qurban bayramı ilə bağlı dini mərasimə ötən il Moskvada rekord sayda – 320 min nəfərin qatıldığını söyləyib. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...