Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Rusiya üzərində məscid əksi olan gümüş pul buraxdı –Gözlənilməz

Qeyri-qiymətli metallardan hazırlanmış beş yeni xatirə sikkəsi …

Rusiya Mərkəzi Bankı qiymətli və qeyri-qiymətli metallardan hazırlanmış beş yeni xatirə sikkəsi buraxıb.

Din.az bildirir ki, yeni pulların arasında Qroznı şəhərinin 200 illiyinə həsr olunmuş üç rubl dəyərində gümüş sikkə də var.

Xatirə yubiley sikkəsinin sayı cəmi 2 min ədəddir. Pulun arxa tərəfində “Qroznı-Siti” göydələnlər kompleksinin fonunda “Çeçenistanın ürəyi” məscidi əks olunub.
Xatırladaq ki, 5 oktyabr 2018-ci ildə Çeçenistan paytaxtının 200 illik yubileyi qeyd ediləcək. Bayram dövlət səviyyəsində keçiriləcək. Bu barədə fərmanı Rusiya prezidenti Vladimir Putin imzalayıb.
Qeyd edək ki, 2016-cı ildə Rusiya Mərkəzi Bankı üzərində Osmanlı dövrünə məxsus məscidin təsviri olan xatirə sikkəsi da buraxıb. Gümüş pulun arxa tərəfində Memar Sinan tərəfindən tikilmiş Kezlevdə yerləşən Xan Cami (Cümə Cami) müsəlman ibadətgahı əks olunub. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...